RESTART layihəsinin tərəfdaşları görüşdü - FOTOLAR
Qonağları səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu görüşün mühüm əhəmiyyət daşıdığını, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. Həmçinin ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən görülümüş işləri diqqətə çatdırıb.
Daha sonra tədbirdə reinteqrasiya yardımı üzrə ilkin mərhələ olaraq təlimatların hazırlanması qərara alınıb, tədbir iştirakçılarının təqdimatları dinlənilib, layihənin uğurla həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Xatırladaq ki, “RESTART” layihəsinin məqsədi Azərbaycan vətəndaşlarının Aİ Üzv Dövlətlərindən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün Azərbaycandakı dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının reinteqrasiya sahəsində potensiallarını gücləndirməkdən ibarətdir.
Azərbaycan Respublikasının Aİ, Norveç Krallığı, İsveçrə Konfederasiyası və Monteneqro ilə imzalanmış 4 readmissiya sazişi mövcuddur. Bununla yanaşı, hazırda Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Pakistan və Serbiya kimi dövlətlərlə də readmissiya üzrə saziş layihələrinin imzalanması istiqamətində müvafiq işlər görülür.
Azvision.az
Teqlər: DMX