“KamAZ” yolu keçən piyadanı öldürdü

“KamAZ” yolu keçən piyadanı öldürdü
  14 Fevral 2019    Oxunub:1692
Fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi “KamAZ-55111” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti