Türkiyə vətəndaşı Balakəndə qəza törədib, ölən var

Türkiyə vətəndaşı Balakəndə qəza törədib,   ölən var
  14 Fevral 2019    Oxunub:2216
Fevralın 13-də saat 17 radələrində Balakən şəhəri ərazisində Qaravəlli kənd sakini S.Alqayevin idarə etdiyi “Toyota” markalı və Türkiyə vətəndaşı B.Saminin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Alqayev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti