Özünü 17-ci mərtəbədən atmaq istədi - FHN fikrindən daşındırdı

   Özünü 17-ci mərtəbədən atmaq istədi -    FHN fikrindən daşındırdı
  14 Fevral 2019    Oxunub:2342
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az





Teqlər: FHN   İntihar  





Xəbər lenti