Bakıda 1 nəfər intihara cəhd edib

   Bakıda 1 nəfər intihara cəhd edib
  15 Fevral 2019    Oxunub:1629
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər üçmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: Bakı   Xilasetmə  





Xəbər lenti