Deputatlarımız Avstraliyaya gedir

Deputatlarımız Avstraliyaya gedir
  15 Fevral 2019    Oxunub:1488
Bu gün Milli Məclisin Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə Avstraliyanın Sidney şəhərinə səfər edəcəklər.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, deputatlarımız bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.

Azvision.az



Teqlər: Deputat   Səfər   Avstraliya  





Xəbər lenti