Yevlaxda “Kalaşnikov”la gəzən şəxs tutulub - FOTO

Yevlaxda “Kalaşnikov”la gəzən şəxs tutulub -  FOTO
  15 Fevral 2019    Oxunub:3495
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, fevralın 13-də daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini Əli Zülfüqarov saxlanılıb.



Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb. Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb.




Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti