Binədə narkotik plantasiyası aşkarlanıb

Binədə narkotik plantasiyası aşkarlanıb
  15 Fevral 2019    Oxunub:2183
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti