Neftçalada narkotacir ələ keçdi

Neftçalada narkotacir ələ keçdi
  15 Fevral 2019    Oxunub:1390
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evində də narkotik vasitə saxlaması müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti