Bank hesabından pul oğurlayan şəxs saxlanılıb

  15 Fevral 2019    Oxunub : 1084
Bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Fevralın 11-də “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN