Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir
“Kitab əsasında ssenarinin yazılması və səhnələşdirilməsi ideyası müavinim Murad Cəfərovdan gəlib. Layihənin rəhbəri isə mənəm. Ssenarinin üzərində xeyli çalışmışıq. Düşünürəm ki, Xocalı faciəsi haqqında məlumatları ukraynalılara bu formada çatdırmaq daha məqsədəuyğundur. Eyni zamanda, tamaşada Ukrayna hadisələri ilə bağlı məqamlar da olacaq. Səhnədə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb. Bu tamaşa ilə əlaqədar peşəkar səviyyədə televiziya çəkilişi olacaq”.
Hikmət Cavadov bildirib ki, bu, onların ilk layihəsi deyil: “Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan gerçəkliklərinin tanıdılması istiqamətində bu tip layihələrə dəstək verməsi təqdirəlayiqdir. Belə layihələrin xarici ölkələrdə xarici vətəndaşlara təqdim edilməsi bir mesajdır. Zənnimcə, dünyanın bir çox ölkələrində bu cür layihələrin keçirilməsi ilə istədiyimizə nail ola bilərik. Bu layihə keçən ildən Ukraynada müzakirə olunaraq ukrayn dilinə tərcümə olunub. Bu, bizim birinci layihəmiz deyil. “Cəhənnəmi görmüş pilot” filmi də bir neçə ildir ki, xarici ölkələrdə təqdim olunur”.
Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində çap olunub.
Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dilinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli olaylar təsvir olunub.
Azvision.az
Teqlər: Xocalı