Şəmkirdə yanğın olub, 1 nəfər xəsarət alıb

Şəmkirdə yanğın olub, 1 nəfər xəsarət alıb
  15 Fevral 2019    Oxunub:2304
Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 250 m² olan, dəmir konstruksiyalardan ibarət talvarın altında 50 m² sahəyə dağılmış mazut, 40 m² sahədə taxta taralar, “QAZel” markalı yük avtomobilinin kabinə, mühərrik hissəsi və ön təkərləri yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqdakı istixananın polietilen üzlüyü 50 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Avtomobilin, taxta taraların qalan hissələri və istixana yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın   FHN  





Xəbər lenti