İTV Yayım Şurasının iclası keçirilib
Toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub. İclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədi ilə aparılan dəyişiklik kimi İctimai Radioda “Məzmun Planlaşdırılması” Departamenti və “Məzmun İstehsalı” Şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb.
Azvision.az
Teqlər: İTV