Qaradağda 2 avtomobil toqquşub, sürücü ölüb

Qaradağda 2 avtomobil toqquşub, sürücü ölüb
  15 Fevral 2019    Oxunub:1393
Fevralın 14-də saat 12 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qəsəbə sakini T.Kərimlinin idarə etdiyi “Toyota Fortuner” və Quba rayon sakini Ə.Nəsrullayevin idarə etdiyi “VAZ-21213” markalı avtomobillər toqquşub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Ə.Nəsrullayev hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti