Fevralın 14-də saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Turan Haqverdiyeva vurulub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.İsmayılov saxlanılıb.