DİN Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki evlərin birindən 500 manat və 1000 rubl, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakini N.Savalanov saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il yanvarın 30-da rayon ərazisindəki daha bir evdən 150 manat və qızıl əşyalar oğurlaması müəyyən edilib.
Azvision.az