Naxçıvanda bir ildə 1448 ton bal istehsal edilib

  15 Fevral 2019    Oxunub : 727
Naxçıvanda bir ildə 1448 ton bal istehsal edilib
2018-ci ildə Naxçıvan Muxtar Respublikasında 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci illə müqayisədə 3,3 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2018-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 min 600 manat məbləğində kredit verilib, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə istehsalı sahəsi yaradılıb. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilib.

2019-cu il 1 yanvar tarixinə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur. 2018-ci ilin sonuna ümumi arı ailələrinin 9178-i Şərur, 10540-ı Babək, 13745-i Ordubad, 13897-si Culfa, 1642-si Kəngərli, 20547-si Şahbuz, 667-si Sədərək rayonlarının, 2134-ü isə Naxçıvan şəhərinin payına düşüb.

Azvision.az

Teqlər: Naxçıvan   Bal