Bakıda 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb

   Bakıda 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb
  15 Fevral 2019    Oxunub:1558
Hazırda Bakı şəhərində 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda əlil arabası üçün xüsusi mexanizm var.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, bu avtobuslarda əlillər üçün ayrıca yerlər nəzərdə tutulub. O, qeyd edib ki, yeni gətiriləcək 300 ədəd avtobusda da fiziki imkanları məhdud şəxslərin rahatlığı üçün uyğun şərait var.

"İlk dəfə olaraq Bakı şəhərində fiziki imkanları məhdud şəxslərin küçə-yol şəbəkəsindən rahat istifadəsini təmin etmək məqsədi ilə səkilərdə pandusların quraşdırılmasına başlanılıb. 2017-ci ilin dekabrında başlanılan işlər hazırda davam etdirilir. Artıq 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb".

Vüsal Kərimli əlavə edib ki, “Sovetski” layihəsi çərçivəsində salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılıb: "Digər yollarda da bu tip svetoforların quraşdırılması nəzərdə tutulub. “İdeal səki” layihəsi çərçivəsində səkilərə görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətinə imkan verən hiss edilə bilən (tactile) örtüklərin vurulması planlaşdırılır".

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti