Ağcabədidə evlərdən qızıl oğurlayan tutulub

Ağcabədidə evlərdən qızıl oğurlayan tutulub
  16 Fevral 2019    Oxunub:1513
Ağcabədi rayon sakini olan qadının evindən qızıl-zinət əşyaları oğurlanıb.
DİN-in Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, qadının polisə şikayət ərizəsindən sonra əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat və 1000 rus rublu, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Hindarx qəsəbə sakini Nicat Savalanov saxlanılıb.

Onun cari ilin yanvar ayının 30-da rayon ərazisindəki daha bir evdən 150 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti