Bakıda mağazanı yaran 4 yeniyetmə saxlanılıb

Bakıda mağazanı yaran 4 yeniyetmə saxlanılıb
  16 Fevral 2019    Oxunub:1718
Fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti