Bakı metrosunda bıçaqlanma olub

 Bakı metrosunda bıçaqlanma olub
  16 Fevral 2019    Oxunub:2700
Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır. Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti