Bakıda yanğın olub, 15 nəfər təxliyə edilib

Bakıda yanğın olub, 15 nəfər təxliyə edilib
  17 Fevral 2019    Oxunub:1566
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasından keçən kommunikasiya xətləri 6 p.m yanıb.

Yanğın zamanı 15 nəfər (o cümlədən 7 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib, liftdə qalan 2 nəfər xilas edilib.

Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN   Yanğın  





Xəbər lenti