Xaçmazda yanğın baş verib

  18 Fevral 2019    Oxunub : 918
Xaçmazda yanğın baş verib
Xaçmaz rayonunun Xaspoladoba kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın taxta konstruksiyalardan ibarət tavanı 30 m² sahədə və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın