Polis ölən şəxsin yaxınlarını axtarır - FOTO

  18 Fevral 2019    Oxunub : 874
 Polis ölən şəxsin yaxınlarını axtarır - FOTO
Bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən “Maarifçi Qriqoriy” kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilən, həkimlərin səylərinə baxmayaraq orada vəfat edib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Azvision.az

Teqlər: DİN