Məcburi köçkünlərin yaşadığı 4 ev yanıb
İlkin məlumata görə, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.
***
Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az