Komitə köçkünlərin evlərindəki yanğını araşdırır

  20 Fevral 2019    Oxunub : 775
 Komitə köçkünlərin evlərindəki yanğını araşdırır
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğın məcburi köçkünlərin məskunlaşdığı bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə qeydə alınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Azvision.az -a açıqlamasında bildirib ki, hazırda ərazidə araşdırma aparılır.

“Yanğın yerinə işçi qrupumuz cəlb olunub. Araşdırma aparılır, nəticələri barədə məlumat veriləcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: FHN   Araşdırma   Yanğın