Bakıda qadın 3 nəfəri qarət edib

  20 Fevral 2019    Oxunub : 772
Bakıda qadın 3 nəfəri qarət edib
Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN