Maşınla vurulan piyada xəstəxanada öldü

  20 Fevral 2019    Oxunub : 723
Maşınla vurulan piyada xəstəxanada öldü
Fevralın 19-da saat 21 radələrində İmişli şəhərinin ərazisində şəhər sakini T.Bəylərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Sarıyevi vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN