Oyun zalından oğurluq edənlər ələ keçdi

  20 Fevral 2019    Oxunub : 1156
Oyun zalından oğurluq edənlər ələ keçdi
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə A.Şərifzadə küçəsindəki kompyuter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş 2 gənc oyun kabinetlərindən birini rezerv ediblər. Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər. Saat 17 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlətməklə oğurlayaraq zaldan qaçıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakini N.Mənsimov və Biləsuvar rayon sakini T.Quluzadə olduqları müəyyən edilib. Oğurlanmış “playstation” aparatı və disk maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı cinayət işi balanılıb. İstintaq aparılır.

Azvision.az

Teqlər: DİN