Metroda soyğunçulq edən şəxs tutuldu - FOTO

  21 Fevral 2019    Oxunub : 991
 Metroda soyğunçulq edən şəxs tutuldu - FOTO
İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb. Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Metro