“Göytəpə”də əməliyyat - 5 əcnəbi tutuldu (FOTOLAR)

   “Göytəpə”də əməliyyat -    5 əcnəbi tutuldu  (FOTOLAR)
  21 Fevral 2019    Oxunub:2103
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Xidmətin mətbuat mərkəzindən Azvision.az -a verilən xəbərə görə, DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 5 nə­fər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qar­şısı alın­ıb.



Belə ki, 17 fevral tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.



Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.



Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barə­lərində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DSX   Əcnəbi  





Xəbər lenti