Narkotik alverçisinin evindən 1,4 kq marixuana çıxdı

Narkotik alverçisinin evindən 1,4 kq marixuana çıxdı
  21 Fevral 2019    Oxunub:1705
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Evdən və həyətyanı sahədəki tikilidən 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti