Biləsuvarda içi pulla dolu seyf oğurlanıb

Biləsuvarda içi pulla dolu seyf oğurlanıb
  21 Fevral 2019    Oxunub:1703
Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəbrayıl RPŞ (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 357 manat pul və tütün məmulatı, habelə içərisində 6875 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri Y.Abbasov və R.Həşimov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti