Sumqayıtda qəzaya düşən 12 nəfər evə buraxılıb

 Sumqayıtda qəzaya düşən 12 nəfər evə buraxılıb
  22 Fevral 2019    Oxunub:3656
Sumqayıtda baş verən yol qəzasında yaralanan 19 nəfər hazırda xəstəxanada müalicəsini davam etdirir.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, qəzaya düşən 12 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:

"Hazırda 7 nəfər neyrocərrahiyyə şöbəsində, 6 nəfər reanimasiyadadır. 1 nəfər hamilə qadın doğum evinə göndərilib. Qalanlar isə travmatologiya şöbəsindədir".

Qeyd edək ki, bu gün Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sərnişin avtobusu əvvəlcə "Toyota Prado" markalı avtomobilə, daha sonra binaya çırpılıb. Qəza nəticəsində 31 nəfər xəsarət alıb.

Azvision.az



Teqlər: Sumqayıt   Xəstəxana   Qəza  





Xəbər lenti