Qaraçuxurda "Cadillac” yandı

  Qaraçuxurda "Cadillac” yandı
  22 Fevral 2019    Oxunub:3245
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yanğın baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Muxtar Fətəliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində evin qarajında olan "Cadillac” markalı lüks avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə FHN-in iki yanğınsöndürən maşını cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti