Yevlaxda “VAZ” “Shacman”la toqquşub - Sürücü ölüb

Yevlaxda “VAZ” “Shacman”la toqquşub -    Sürücü ölüb
  22 Fevral 2019    Oxunub:2114
Yevlax rayonunun Aşağı Qarxun kəndində "VAZ" markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sürücünün (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Sürücü  





Xəbər lenti