Balakəndə sex, Bakıda köşk yanıb

Balakəndə sex, Bakıda köşk yanıb
  22 Fevral 2019    Oxunub:1809
Nizami rayonunda ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Balakən rayonun Katex kəndində ümumi sahəsi 720 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisində 150 ədəd plastik tara yanıb. Taraların qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti