Beş maşından oğurluq edənlər saxlanıldı

Beş maşından oğurluq edənlər saxlanıldı
  22 Fevral 2019    Oxunub:1474
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər - Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb.

Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti