Bakıda oğurlanan “Niva” 2 gün sonra tapıldı

Bakıda oğurlanan “Niva” 2 gün sonra tapıldı
  22 Fevral 2019    Oxunub:3038
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunan F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti