59 yaşlı kişi həmyerlisini bıçaqlayıb

59 yaşlı kişi həmyerlisini bıçaqlayıb
  22 Fevral 2019    Oxunub:1670
Quba rayon sakini Rafiq Əliməmmədov bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb.

Z.Məmmədov dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti