DİN və DSX birgə əməliyyat keçirdi - Narkotacir tutuldu

DİN və DSX birgə əməliyyat keçirdi -  Narkotacir tutuldu
  22 Fevral 2019    Oxunub:2463
Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu saxlanılıb və 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 21-də birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotacir  





Xəbər lenti