Binanın damına çıxaraq özünü atmaq istədi - Bakıda intihara cəhd

  Binanın damına çıxaraq özünü atmaq istədi -    Bakıda intihara cəhd
  22 Fevral 2019    Oxunub:2817
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda bir nəfər tikilməkdə olan dördmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər polis əməkdaşları ilə bərabər vətəndaşla psixoloji söhbətlər aparıb. Nəticədə o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   İntihar  





Xəbər lenti