Qanunsuz ov tüfəngləri götürülüb

  22 Fevral 2019    Oxunub : 665
Qanunsuz ov tüfəngləri götürülüb
İsmayıllı rayonunda müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağbulaq kənd sakinləri S.Nurməmmədovdan və R.Əliyevdən 2 ədəd müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Silah