Dağda itən kişinin meyiti tapıldı

Dağda itən kişinin meyiti tapıldı
  23 Fevral 2019    Oxunub:1614
Gecə saatlarında “112” qaynar telefon xəttinə 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlunun Şəmkir rayonunun Aşağı Seyfəli kəndində, dağlıq ərazidə naməlum şəraitdə itkin düşməsi haqqında məlumat daxil olub.
Fövqaladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində bu gün səhər satlarında F.Hüseynovun meyiti tapılıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti