Oğurluq edən iki qadın tutuldu

Oğurluq edən iki qadın tutuldu
  23 Fevral 2019    Oxunub:2047
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 16-da Bakı şəhər sakini A.Əmirovanın çantasından 300 manat pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluq, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə, o cümlədən rəsmi sənədləri, ştampları, möhürləri oğurladığına görə məhkum olunmuş S.Quliyeva saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 250 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Kazımova saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti