Qaçırdıqları “Lexus”la qəza törətdilər

Qaçırdıqları “Lexus”la qəza törətdilər
  23 Fevral 2019    Oxunub:1965
Fevralın 22-də saat 1 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini A.Aslanova məxsus “Lexus” markalı avtomobil qaçırılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobilin paytaxt sakinləri N.İldarzadə və E.Nəcəfov tərəfindən qaçırılması və rayon ərazisində idarə edilərkən səkiyə vurması müəyyən edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxslər saxlanılaraq Xətai RPİ 36-cı PB-yə təhvil verilib.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti