Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və yaralılar var

Mikroavtobus yük maşını ilə toqquşdu:   Ölən və yaralılar var
  23 Fevral 2019    Oxunub:2998
Fevralın 22-də saat 6 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Beyləqan rayon sakini K.Orucovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhər sakini V.Şamilovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə K.Orucovun sərnişinlərindən Beyləqan rayon sakini Fuad Şükürov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti