Ucarda maşın kanala düşüb - Sürücü ölüb

 Ucarda maşın kanala düşüb -   Sürücü ölüb
  23 Fevral 2019    Oxunub:2665
Ucar rayonunun Qazyan kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti