Bakıda 29 yaşlı oğlan itkin düşüb

 Bakıda 29 yaşlı oğlan itkin düşüb
  25 Fevral 2019    Oxunub:3145
1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, P.Quliyev sonuncu dəfə 22 fevral tarixində metronun "Azadlıq" stansiyasının yaxınlığında görünüb. Həmin vaxtdan etibarən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Pərviz Quliyevin boyu 175 sm-dir, itkin düşərkən əynində qara rəngli gödəkçə və cins şalvar olub. Məlumatlı şəxslərin (055) 704-00-79 nömrəsinə zəng vurmaları xahiş olunur.

Azvision.az



Teqlər: Oğlan   İtkin   Metro  





Xəbər lenti