Goranboyda ev yanıb: 75 yaşlı qadın ölüb

  Goranboyda ev yanıb:    75 yaşlı qadın ölüb
  25 Fevral 2019    Oxunub:2059
Goranboy rayonunun Səmədabad kəndində yanğın olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb.
Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti